MKT İstehsalat Kommersiya (MKT Cotton)

Nəqliyyat qaynaqçısı (Yevlax)

Yevlax, Azərbaycan

27.12.22


Qeyd

  • İşə başlamadan öndə qaynaq aparatlarının, aqreqatlarının sazlığını və qaynaq məftillərinin izolyasiya olunmasını yoxlamaq;
  • Kənd təsərrüfatı texnikalarının müxtəlif detal, qoşqu,avadanlıqlarının və digər metal konstruksiyaların qaynaq işlərini icra etmək;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • Elektrik və qaz qaynağı aparatlarını işə hazır vəziyyətə gətirmək;
  • Elektrik və qaz qaynağı işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək;
  • Əlavə iş vaxtında və ehtiyac olduqda növbəli iş rejimində işləmək;
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmaq;
  • Günlük iş planına və qaynaq proseduruna uyğun olaraq qaynaq etmək;
  • Qaynaq üçün istifadə ediləcək materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • İşləri plana uyğun şəkildə digər işə cəlb olunanlar ilə və ya işlə əlaqəli şəxslərin iştirakı ilə həyata keçirmək;
  • Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
  • Qaynaq işlərinin ardıcıllığını planlaşdırmaq;
  • İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • Xidmət barədə hesabatı rəhbərliyə çatdırmaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
  • Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.


Vakansiya haqqında əlavə məlumat:


  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: MKT İK MMC-nin Yevlax filialı.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Nəqliyyat qaynaqçısı (Yevlax)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 31.01.23


"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir

Oxşar Elanlar